Öldürdüyü şəxsin cəsədini 170 hissəyə ayıran qatilin başını bankada saxlayırlar

Tarix boyunca bir çox cani ruhlu qatil yaşayıb ki, onlarla insanın canına heç düşünmədən qıyıb. Amma bəzi qatillər var ki, etdikləri ilə bir insanın insanlıqdan nə qədər çıxa biləcəyinin, nələr edə biləcəyinin ən yaxşı dəlilləridir.
Ruhu pisliklərlə dolmuş bu qatillərdən biri də 1800-cü illərdə Portuqaliyada yaşayıb. O, onlarla insanı öldürən Dieqo Alvesdir.
Problemlə dolu bir uşaqlıq dövrü keçirən Alves ilk cinayətini 1836-cı ildə törədib. Bir adama hücum edərək onu "soyan" Alves, sonra gələcəkdə başını ağrıtmamaq üçün öldürüb. Bunun üçün də cəsədi 170 hissəyə ayırıb.
Etdiklərindən həzz aldığını hiss edən Alves sonra ardıcıl olaraq qətllər törətməyə başlayıb. İlk cinayətini törətdikdən sonra 3 il ərzində ümumilikdə 70 insanı öldürüb və hamısının cəsədlərini parçalara ayırıb.
1841-ci ilin fevral ayında mühakimə olunan Alvesin edam edilməsinə qərar verilir və o dövrdə yaşayan elm insanları Alvesin başının kəsilərək təcrübə üçün istifadə edilməyi fikrini ortaya atıblar. Bu istək qəbul edilir və Alvesin başı gövdəsindən ayrılır. Məqsəd isə formaldehid (zəhərli qaz) içərisində orqan mühafizəsinin mümkün olub-olmadığını müəyyən etmək olur.
Alvesin formaldehid içərisində saxlanan başı isə indiki Lissabon Muzeyində nümayiş etdirilir və "canlılığ"ını hələ də saxlayır.
Dünya
- 8 bal gücündə zəlzələ baş verdi: Sunami sürətlə sahilə yaxınlaşır - Əhali təşviş içində / VİDEO
- "Şuşa da, Qarabağ da Azərbaycanındır, bəsdir artıq" - Ermənidən etiraf
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO
- Paşinyan xəstəxanaya çatdırıldı - Sui-qəsd törədən 3 əli silahlı şəxs….
- Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü - ANBAAN VİDEO
- Bil Qeytsdən koronavirusdan sonra dünyanı gözləyən ikinci fəlakət haqqında qorxunc - Anons
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO 593 dəfə oxunub
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi 589 dəfə oxunub
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək 588 dəfə oxunub
- "OBA" marketlər şəbəkəsindən mətbuata açıqlama 586 dəfə oxunub
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..." 586 dəfə oxunub