Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Roma Papası Melaniya Trampdan ərinin nə ilə qidalandığını soruşub - VİDEO

Roma Papası Fransisk Tramp ailəsi ilə görüşərkən ABŞ prezidentinin menyusu barədə sual verib.

Mynews.az Oxu.Az-a istnadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Ona nə yedizdirirsiniz? Potisa (fındıqlı Sloveniya ruleti –red.)?”, - PontifikMelaniya Trampdan soruşub. 

Birinci xanım söhbətin əslən olduğu Sloveniyanın ənənəvi yeməyindən getdiyini ilk olaraq anlamayıb. Jurnalistlər onun “potisa” sözünü “pizza” kimi eşitdiyini ehtimal edirlər. 

“Potisa? Ah, hə”, - deyə Melaniya Tramp gülümsəyib. 

“New York Times” Donald Trampın sevimli yeməyinin yaxşı qızardılmış steykin olduğunu yazmışdı. “Associated Press”in məlumatına görə, ABŞ prezidenti onu ketçup ilə yeməyi xoşlayır. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...