Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Donbasda ağır döyüşlər: - 3 ukraynalı öldü, 8-i yaralandı

Ötən sutka ərzində Donbasdakı atışmalar zamanı 3 ukraynalı hərbçi həlak olub, 8-i yaralanıb.

Mynews.az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib.

O bildirib ki, hərbçilərindən biri Troiçkimdə, digər 2-si isə Qaliçinovki rayonu yaxınlığında "Qrad" mərmisindən açılan atəş nəticəsində ölüb.

Motuzaynik bəzi hərbçilərin isə Svetlodarski, Pesok, Çermalka, Quntovo və Şirokino ərazilərində gedən döyüşlər zamanı ağır yaralandığını əlavə edib.

Qeyd edək ki, bir neçə gündür Donbas ərazisində Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasında gərgin döyüşlər gedir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...