Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lenin Ekvador prezidenti səlahiyyətlərinin icrasına başlayıb - FOTO

Ekvadorun yeni prezidenti Lenin Moreno vəzifəsinin icrasına başlayıb.

Mynews.az-ın məlumatına görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Lenin Moreno andiçmə mərasimindəki çıxışında solyönlü qüvvələrin və sələfinin siyasətini davam etdirəcəyini, milyonlarla iş yeri açacağını, güzəştli yaşayış yerlərinin tikintisi proqramını genişləndirəcəyini vəd edib.

Qeyd edək ki, aprelin 2-də Ekvadorda keçirilən prezident seçkisinin ikinci turunda "Ölkə Alyansı" solçu blokunun namizədi Lenin Moreno qalib gəlib.

O, səslərin 51, 05 faizini, onun rəqibi, sağ mərkəzçi "CREO" hərəkatının nümayəndəsi, keçmiş bankir Qilyermo Lasso səslərin 48,95 faizini toplayıb. 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...