Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

KİV: Moskvada yaşayış evində bomba aşkar edilib

Moskvanın qərbində yerləşən yaşayış binasının sakinlərini partlayış təhdidinə görə təxliyə ediblər. 

Mynews.az xəbər verir ki, bu barədə TASS xüsusi xidmətlərdə olan mənbəyə istinadən məlumat yayıb. 

Bina Novoperedelkinskaya küçəsi 14, tikili 1 ünvanında yerləşir. Agentliyin həmsöhbəti bildirib ki, binanın mənzillərindən birində istifadəyə hazır vəziyyətdə olan bombanın aşkar edildiyi ehtimal edilir. 

Binanın ətrafındakı ərazi mühasirəyə alınıb. Hadisə yerinə xüsusi xidmət orqanları cəlb edilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...