Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kaladze: Gürcüstan Azərbaycan qazından asılıdır

“Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır”. 

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxaber Kaladze “Regionda Enerji sammiti” tədbirində bildirib.  

“Biz bu gün Azərabaycan qazından asılıyıq. Hazırda Gürcüstan təbii qazı yalnız Azərbaycandan alır. Strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana böyük yatırımlar edir. Birlikdə realizə etdiyimiz böyük layihələr yaxın günlərdə başa çatacaq və biz Azərbaycandan əlavə təbii qaz alacağıq”, - o deyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...