Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

71 qadını qətlə yetirmiş qatildən qorxunc etiraflar - "Fahişələri öldürməklə polisə kömək edirdim" - FOTOLAR

Yüzlərlə qadının həyatına amansızcasına son qoymuş ABŞ-ın ən məşhur qatillərindən biri, Green River Killer adı ilə tanınan Hari Ridgvay haqqında yazı təqdim edirik.

Amerikada qeydə alınmış ən çox cinayət  törədən qatil Hari Ridgvay 1980-1990-cı illər arasında onlarla qadını öldürüb, buna baxmayaraq uzun illər sonra tutulub. Bir fabrikdə fəhlə işləyən və çox sadə bir insan kimi görünən Ridgvay arvadları da daxil olmaqla ən yaxınındakıların belə şübhəsini çəkməyib. Tutulandan sonra verdiyi açıqlamalarla insanları heyrətləndirən qatil cinayətləri necə işlədiyini soyuqqanlılıqla danışıb. Lakin məhkəmə prosesi zamanı qurbanlarının yaxınlarından birinin onu bağışladığını söyləməsindən sonra ağlamağa başlayıb.  

Gary Ridgway Kimdir? Kısaca Bilgi

Adı Hari Leon Ridgvay olan qatil 2001-ci ildə aparılan DNT testləri ilə tutulub və edam cəzasından xilas olmaq üçün 48 cinayət işlədiyini etiraf edib. Etirafından sonra ömürlük həbs cəzasına məhkum edilən qatil soyuqqanlılığı ilə diqqət çəkib, fahişələri öldürərək polislərin işini asanlaşdırdığını belə söyləyib. Həmçinin daha bir çox qandonduran faktlar açıqlayıb. Çox vaxt öldürdüyü qadınların üzünə belə baxmadığını deyən Ridgvay işi bitdikdən sonra cəsədləri çaya və ya meşəyə atdığını bildirib.  

18 fevral 1949-cu ildə anadan olan Ridgvay digər qatillər kimi pis uşaqlıq dövrü keçirməsə də, onu dərindən təsir edən bəzi travmatik hadisələr yaşayıb. Məsələn, Ridgvayın gecələr altını islatmaq vərdişi varmış və çox qəddar olan anası buna görə onu dərhal hamama soxur, bütün ailənin qarşısında onu utanırmış. Bu səbəbdən o, hələ kiçik bir uşaq ikən anasından nifrət etməyə başlayır. Çox zəkalı olmayan Harri illərlə, altını islatmağa davam edib və hər dəfə anası tərəfindən təhqir olunub.

Gary Ridgway’in Gençliği

Məktəb həyatında da uğurlu olmayan uşaq səssiz və içinə kapalı olub. Həmçinin müəllimləri onun həddindən artıq unutqan olduğunu deyiblər. Amma yaşı irəlilədikcə Hari dəyişməyə başlayıb, şiddətə meyl göstərib. 16 yaşında olanda 6 yaşlı bir uşağı meşəyə apararaq ürəyindən bıçaqlayıb. Həyatda qalan uşaq daha sonra verdiyi ifadədə Harinin oradan qəhqəhələrlə uzaqlaşdığını və "Birini öldürməyin necə hiss olduğunu həmişə düşünmüşdüm” dediyini bildirib. 

Harri 18 yaşında liseydən məzun olduqdan sonra məktəb yoldaşı Claudia Barrovs ilə evlənir. Ancaq qısa müddət sonra əsgərliyə gedərək Vyetnam müharibəsində fəal iştirak edir. Müharibə zamanı bir çox fahişə ilə birlikdə olan Ridgvayə ganore virusu düşməsinə baxmayaraq, əlaqələrini davam etdirib.  Ridgvay müharibədə ikən 19 yaşlı arvadı da onu aldadırmış və Ridgvay geri qayıdandan sonra da boşanıblar. 

Orduda Olduğu Dönemler

Marcia Vinslov adlı qadınla ikinci nikahından sonra qatı dindar halına gələn Ridgvay evdə yüksək səslə İncil oxuyur, ayinlərə qatılır və qapı-qapı gəzib missionerlik edirmiş. 1975-ci ildə Metyu adlı bir oğlu olan Ridgvay, ikinci arvadından da aldatma nəticəsində ayrılaraq 1985-ci ildə üçüncü həyat yoldaşı Judith Mavson ilə evlənib. 

Hari tutulduqdan sonra hər 3 həyat yoldaşı ilə söhbətlər zamanı Harrinin  acgöz bir cinsi azğınlıq keçirdiyi məlum olub. Harri həyat yoldaşlarına və sevgililərinə açıq sahələrdə əlaqəyə girməyi təklif edirmiş.

Eşi Judith Mawson

1980-1990-cı illərdə ən az 71 qadını öldürdüyü düşünülür. Ən çox 1982- 1984-cü illər arasında öldürdüyü qurbanlarını fahişələr arasından seçir və onları adətən boğaraq öldürməyi üstün tuturmuş. Qurbanlarından çoxuna öldürdükdən sonra da təcavüz etdiyini söyləyən Ridgvay cəsədləri çaya və ya meşəlik ərazilərə atırmış.

İlk Kurbanı

Furqon zavodunda işlədiyi üçün həmişə yollarda olan qatil qadınları furqonda, evində, ya da meşəlik ərazilərdə öldürürmüş. Bir çox qurbanı boğuşma zamanı bədəninin müxtəlif yerlərini cırdığı üçün onları əvvəlcə iplə bağlayırmış, çünki dırnaq izlərinin diqqət çəkəcəyinin fərqində imiş. Hətta bir qurbanının qolunu cırdığına görə izdən xilas olmaq üçün cırmaq yerini turşuyla yandırıb. Bütün bu cinayətləri törədərkən isə həyat yoldaşlarının heç biri ondan şübhələnməyib. Səhərin erkən saatlarında evdən çıxmasını, ya da gecə gec saatlarda evdə olmamasını işlə əlaqələndirirmiş. 

Pek Çok Kez Birkaç Metre Ötesinde Cinayet İşlediği Oğlu

Cinayətlərin artdığı dövrdə mətbuatın da hadisənin üzərinə getməsi xüsusən də fahişələr arasında bir narahatçılıq yaradıb. Daha sonradan verdiyi ifadədə Harri ondan şübhələnən fahişələrin etibarlarını qazanmaq üçün oğlundan istifadə etdiyini açıqlayıb. Dəhşətlisi də budur ki, qatil bir çox cinayəti oğlunun bir neçə metr uzaqlığında törədirmiş. Furqonda oğlu ilə birlikdə gəzən arabasına aldığı qadınları meşəyə aparır və sonra da oğluna qadının gəzmək istədiyini deyirmiş. Oğlu furqonun içində yatarkən o da qadını qətlə yetirimiş. Bundan başqa, bıçaq istifadə etməyi sevmədiyini deyən qatil boğmanın çox daha təmiz bir üsul olduğunu bildirib. 

Kurbanlarından Bir Tanesi

Hari şübhəlilər siyahısına ilk dəfə 1983-cü ildə, qurbanlardan birinin yoldaşının furqonu nişan verməsi nəticəsində düşüb. Lakin ittihamları inkar edən qatil, əldə bir dəlil də olmayınca məcburən sərbəst buraxılıb. 

Fahişələri qurban seçən qatil onları həm arzulayır, həm də bu qadınlardan çox nifrət edirmiş. Harrinin qurbanlarının birinin illər boyu bağlanmayan cinayət işinin 2001-ci ildə yenidən açılması ilə Harrinin həbs edilməsi mümkün olub.  Zavodda işlədiyi zaman 30 noyabr 2001-ci ildə polislər tərəfindən həbs olunan qatil 4 cinayətə görə tutulub. Daha sonra isə 3 nəfərin daha onun tərəfindən öldürüldüyü məlum olub. 5 noyabr 2003-cü ildəki məhkəmə iclasında isə 48 qadını öldürdüyünü etiraf etdiyi (71 nəfəri öldürdüyünü söyləyib) üçün edam cəzasından xilas olaraq, ömürlük həbs cəzasına məhkum edilib. 

Gary Ridgway’in Kesinleşmiş Kurbanları

Kurban Carol Ann Christensen

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...