Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gecənin ən pis xəbəri - 5 əsgər şəhid oldu

Bu gün Türkiyənin təhlükəsizlik qüvvələri və PKK terror təşkilatının silahlıları arasında baş vermiş toqquşmalarda ümumilikdə 5 hərbçi şəhid olub.

Mynews.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) məlumatında deyilir. Məlumata əsasən, hərbçilərdən 3-ü və 1 təhlükəsizlik keşikçisi Van vilayətinin Çaldıran rayonunda baş vermiş toqquşmalarda şəhid olub. PKK terrorçuları həmin ərazidə avtomobil yolunu kəsərək 3 yük avtombilini yandırdıqdan sonra bölgədə xüsusi əməliyyat keçirilib. TSQ Hakkari vilayətinin Şəmdinli rayonunda PKK terrorçuları ilə atışmada daha 2 hərbçisini itirib. İki bölgədə davam edən əməliyyatlarda ümumilikdə 9 PKK-lı terrorçu öldürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...