Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməliyyat zamanı oyanan qadın qarnının kəsildiyini gördü - DƏHŞƏTLİ ANLAR

Kanadada qorxu dolu əməliyyat baş verib.

Mynews.az xəbər verir ki, Donna Penner adlı qadın yerli xəstəxanalardan birində laparoskopiya əməliyyatı olunub. 44 yaşlı qadın əməliyyat zamanı oyanıb. O, hər şeyin bitdiyini düşünsə də həkimin “neştəri verin” sözlərini eşidib. Bu zaman həyəcanlanan Donna qarnının kəsildiyini hiss edib: “Hiss etdiyim ağrını kəlmələrlə ifadə edə bilmərəm. Qorxunc idi. Gözlərimi aça bilmirdim. Qalxmaq istəyirdim, ancaq qalxa bilmirdim. O qədər uyuşmuşdum ki, nəinki səsimi çıxartmaq hətta ağlaya belə bilmirdim”.

Xoşbəxtlikdən, Penner əməliyyatdan sonra həyatda qalmağı bacarıb. Buna baxmayaraq, yaşadığı travma üzərindən 9 il keçməsinə baxlayaraq bir an belə ağlından çıxmır.

Qeyd edək ki, əməliyyat zamanı xəstənin ayılması ehtimalı 0.005-dir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...