Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Misirdə xristianlara hücum olub: - Ölənlər var

Misirin cənubunda Əl-Minya əyalətində xristianların olduğu avtobusa hücum nəticəsində 23 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.   

Mynews.az-ın məlumatına görə, Oxu.Az newsrambler-ə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xaled Moqaxed bildirib.

Misir KİV-i ölənlərin sayının 30 nəfərə çata biləcəyinə dair məlumat yayıb. İki avtomobildə hərəkət edən yaraqlılar avtobusa atəş açıblar. 

Hücum Əl-Adavva yaşayış məntəqəsinin qərbində Müqəddəs Samuili monastırı yaxınlığında baş verib. Xristianlar Beni-Sueyfdən monastıra gəlirdilər. 

Misirin müdafiə qüvvələri avtobusa hücum olan rayonda axtarış aparırlar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...