Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldonun London səfəri təxirə salındı

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldonun 27 may üçün Londona planlaşdırılan səfəri ləğv olunub.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz "Sixpad" məşq avadanlığının təqdimatında iştirak etməli idi. Amma Mançesterdə baş verən terror aktından sonra tədbirin başqa bir tarixə keçirilməsi qərara alınıb. "Sixpad" da təhlükəsizlik faktorunun ən öndə olduğunu və risk etmək istəmədiklərini bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Mançesterdə baş vermiş terror aktında həlak olanlarln yaxınlarına Ronaldo da başsağlığı vermişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...