Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ariana terror aktı qurbanlarının xatirəsinə xeyriyyə konserti verəcək

Amerikalı müğənni Ariana Qrande İngiltərənin Mançester şəhərinə qayıdaraq terror qurbanlarının xatirəsinə xeyriyyə konserti vermək istəyir.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçı “Twitter” hesabında bildirib.

“Mən cəsur Mançester şəhərinə fanatlarımla görüşmək və terror qurbanlarının xatirəsinə xeyriyyə konserti vermək üçün qayıdacağam”, - müğənni vurğulayıb.

O, konsertin nə vaxt olacağı ilə bağlı dəqiq məlumat verməyib.

Qeyd edək ki, mayın 22-də “Mançester Arena”da Ariana Qrandenin konserti zamanı terror aktı baş verib. İntiharçı-terrorçu Salman Abedinin özünü partlatması nəticəsində 12-si uşaq olmaqla, 22 nəfər həlak olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...