Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Trampın "tvit"ləri redaktədən keçəcək

Ağ Ev prezident Donald Trampın "tvit"lərini qabaqcadan yoxlamaq üçün hüquqşünaslar qrupu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, hazırda bu təşəbbüs nəzərdən keçirilir. Hüquqşünaslar Trampın "tvit"lərini "Twitter"ə yerləşdirilməzdən əvvəl oxuyacaq və lazım gəldikdə, korrektələr edəcək.  

Qeyd edək ki, prezident Tramp "Twitter"dən səhərlər ölkəni salamlamaq, düşmənlərini məsxərəyə qoymaq, aktual məsələlərə qısa münasibətini bildirmək, son xəbərləri şərh etmək məqsədilə istifadə edir. Lakin bir çox hallarda onun "tvit"ləri ilə Ağ Evin rəsmi açıqlamaları arasında ziddiyyət olur. Trampın "Twitter"dən bu cür intensiv və nəzarətsiz şəkildə istifadə etməsi ölkədə, o cümlədən onun partiyadaşları olan respublikaçılar arasında narazılıqla qarşılanır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...