Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

16 yaşlı qızın qəfil ölümünün səbəbi bilinində hər kəs şok oldu - VİDEO - FOTOLAR

Uşaqların ruh halları olduqca dəyişkəndir. Bir saniyə əvvəl ağlayarkən bir neçə saniyə sonra gülürlər. Gənclər isə elə stressə məruz qalırlar ki, bununla başa çıxa bilmirlər. 

Lanna fəal, dinamik və sağlam yaşayan bir gənc qız olub. Son dərəcə gümrah olan qızın heç bir sağlamlıq problemi olmayıb.

2014-cü ilin yayında dostunun ailəsi ilə birlikdə Meksikaya tətilə gedib. Sahildə anidən nəfəs almaqda çətinlik çəkməyə başlayıb və yerə yıxılıb. Xəstəxanaya aparılsa da həkimlər gənc qızı xilas edə bilməyiblər. Gənc qız ürək tutması nəticəsində həyatını itirib.

Ölüm təbii ki, ağrılı vəziyyət. Ancaq gənc yaşda ölənlərin ailələri daha çox rədd çəkir. Lannanın vəfatı isə qəfil baş vermişdi. Kimsə əvvəlcədən ürəyində problem olduğunu söyləməmişdi. 

Moderator.az xəbər verir ki, Lannanın anası Kris qızının qəfil ölümünü araşdırmağa başlayıb. 

Bəlli olur ki, Lanna ürək tutması keçirdiyi zaman susuz qalıb. Əslində bütün gün maye qəbul edibmiş. Ancaq yeganə problem yerə yıxılmazdan dərhal əvvəl enerji içkisi içmiş olmasaydı.

Kardioloq Jack Wolfson  Lannanın ölümünə enerji içkisinin tərkibindəki kofein və şəkərin səbəb olduğunu düşündüyünü deyib: "Enerji içəcəklərini sağlamlığa zərərli olduğuna dair elmi dəlillər var. Enerji içkiləri ürək döyüntüsündə və qan təzyiqində ani dəyişikliklərə səbəb olurlar".

Kris bunun hər kəsin başına gəlmə riskinin olduğunu deyir. İndi isə başqa bir gəncin ömrünün baharında solmaması üçün bütün valideynləri enerji içkilərinin təhlükələri barədə xəbərdar edir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...