Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş üçün müraciət edən qadını zorladı, qaçıb gizləndi

Türkiyənin İzmir şəhərində 2010-ci ilin noyabr ayında iş müraciəti edən Z.S. adlı bir qadını zorlamaq iddiasıyla mühakimə olunaraq 8 il 4 ay həbs cəzasına məhkum edilən əmlakçı Gencay Kayandan xəbər var.

Həbs olunan Gencay Kayan Kocaeli 2-ci Ağır Ceza Məhkəməsinin qərarından bir müddət sonra şərti həbs cəzası ilə sərbəst buraxılıb. 

Mynews.az-ın məlumatına görə, Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, zərərçəkənin şikayəti əsasında cinayət işinə yenidən baxılaraq Gencay Kayan haqqında bir daha həbs qərarı çıxarılıb. Gencay Kayan, Kocaeli Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən 3 gün davam edən axtarış tədbirləri nəticəsində Körfəz Mahalında tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...