Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avstraliya təyyarəsi QƏZAYA UĞRADI: ölənlər var

Avstraliyanın cənubunda yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra həyəcan siqnalı göndərib. Daha sonra radarlardan itən təyyarənin qalıqları Renmark hava limanından bir neçə kilometr məsafədə tapılıb.

Polisin məlumatına əsasən, təyyarədə pilotdan başqa iki sərnişin olub.

Təyyarənin qəzaya uğraması səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...