Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Analarının meyiti ilə bir evdə yaşayan bacı-qardaş - VİDEO

Türkiyənin Kızılay məhəlləsində iki övladı ilə bərabər yaşayan 79 yaşlı Fatma Yüksəl ölümündən 15 gün sonra dəfn edilib.

Mynews.az-ın məlumatına görə, qadını uzun müddət görməyən qonşular ona baş çəkmək qərarına gəliblər.

Onların üzünə qapını Fatma Yüksəlin 42 yaşlı övladı Serpil Yüksel açıb və anasının xəstə olduğunu bildirərək içəri buraxmayıb. Evdən pis qoxu gəldiyini hiss edən qonşular vəziyyətdən şübhələnərək polisə xəbər veriblər.

Sərpil Yüksəl “Anam evdə xəstə yatır, sabah xəstəxanaya aparacağam. Siz niyə gəldiniz?” deyərək polisi də evə buraxmaq istəməyib. Onun etirazına baxmayaraq, evə daxil olan polis 79 yaşlı qadının ölmüş vəziyyətdə divana uzadıldığını görüb. 

Qadının cəsədi morqda müayinə edilib. Bir tərəfi çürümüş ananın ən az 15 gün əvvəl vəfat etdiyi məlum olub. Ölüm səbəbi isə hələlik məlum deyil.

Anası və bacısı ilə eyni evdə yaşayan Ercan Yüksel bacısının təzyiqi altında qaldığı üçün analarının öldüyünü heç kimə söyləmədiyini bildirib. Serpil qardaşını intihar edəcəyi ilə qorxudub.

79 yaşlı Fatma Yüksəlin çürümüş cəsədi morqdan gətirildikdən sonra məhəllə məzarlığında dəfn edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...