Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya Aralıq dənizindən İŞİD mövqelərinə zərbələr endirib

Rusiya freqatı və sualtı gəmisi çərşənbə günü Aralıq dənizi akvatoriyasından dörd qanadlı raket ilə Palmir ərazisində yerləşən “İslam dövləti” terror qruplaşmasının terrorçularına zərbələr endirib.

Mynews.az-ın məlumatına görə, Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər. 

“Zərbə üçün hədəf yaraqlıların Palmirdən şərqdə ağır texnika və canlı qüvvəsinin toplaşdığı rayon olub. Bütün hədəflər dəf edilib”, - Rusiya Müdafiə Nazirliyindən bildiriblər. 

Dörd ədəd “Kalibr” qanadlı raketinin buraxılışı Aralıq dənizinin şərq hissəsində “Admiral Essen” freqatından və Rusiya HDD aid “Krasnodar” sualtı gəmisindən həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, sualtı gəmi qanadlı raketlərin buraxılışını su altından həyata keçirib.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...