Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Keçmiş müəllim məktəbi gülləbaran etdi - Ölənlər var

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda naməlum şəxslər “Al-Axliya” özəl məktəbinin ərazisinə atəş açıblar.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ər-Riyad polisinin açıqlamasında deyilir.

Atəş nəticəsində iki nəfər həlak olub. İlkin məlumatlara görə, atəşi məktəb administrasiyası ilə münaqişəsi olan iraqlı keçmiş müəllim açıb. Fələstinli məktəb direktoru xilas olmağı bacarıb.

Təhlükəsizlik gücləri indiyə kimi məktəbin ərazisində gizlənən silahlını tutmağa çalışır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...