Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Obama 8 milyona ev alıb, İvanka ilə qonşu oldu

ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evdən getdikdən sonra özünə 8,1 milyon dollarlıq ev alıb. 

Mynews.az xəbər verir ki, malikanə Vaşinqtonun bahalı rayonlarından olan Kaporamada yerləşir. Obamanın qonşuluğunda isə indiki prezident Donald Trampın qızı İvanka Tramp yaşayır. Eks-prezidentin 8 milyon dollarlıq malikanəsinin 8 yataq otağı, 10 sanitariya qovşağı var. Ev daha əvvəl Bill Klintonun mətbuat katibinə məxsus olub. 

Barak Obamanın mülkü Kaporamada qiymətinə görə ikinci yeri tutur. İlk yerin sahibi isə “Amazon” şirkətinin və “Washington Post” qəzetinin sahibi Ceff Bezosdur. Onun evinin dəyəri 23 milyon dollardır. 

Qeyd edək ki, Obamanın ailəsi kiçik qızları Saşa orta məktəbi bitirənədək Vaşinqtonda qalmaq niyyətindədir.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...