Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskvada qasırğa xəbərdarlığı

Sinoptiklər iyunun 1-də Moskvada qasırğa xəbərdarlığı elan edib. Təhlükəli hava şəraitinin sabah saat 11:00-a qədər davam edəcəyi gözlənilir. 

Mynews.az xəbər verir ki, bu barədə Rusiya hidrometrologiya mərkəzinə istinadən TASS məlumat yayıb. 

“Moskva və ətraf ərazilərdə bəzi yerlərdə qısamüddətli yağışların yağması, küləyin güclənməsi gözlənilir. Küləyin sürəti saniyədə 15-20 metrə çatacaq”, - məlumatda deyilir. 

Xatırladaq ki, mayın 29-da Moskvada küləyin sürəti saniyədə 28 metrə çatıb. Paytaxt regionunda 15 nəfər təbii fəlakətin qurbanı olub, 200-dən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb.    

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...