Lesbianlara təcavüz edən həkim, yemək əvəzi verilən nəcis.... - QORXUNC KLİNİKA haqqında ŞOK FAKTLAR
Dünyanın ən qorxunc həbsxanaları haqqında daha əvvəl məlumat vermişdik. Bu dəfə sizə ağlınıza gəlməyəcək dərəcədə işgəncələrlə dolu xəstəxana haqqında məlumat verəcəyik. Adətən xəstəxanalarda insanlar müəyyən xəstəliklərdən azad olunmaq üçün müalicə alırlar. Lakin bu xəstəxanada insanların başına olmazın oyunları açılıb.
Publika.az sizə homoseksualizm üzrə mübarizə aparan klinika haqqında dəhşətli faktları təqdim edir:
31 yaşlı Paula Peredes məşhur fotoqrafdır. O, homoseksuallıq səbəbindən cəzalandırılan qadın və kişilərin həyatını araşdırıb. Belə bir klinika haqqında eşidən Paula dərhal klinikaya gizli yolla daxil olub, orda müalicə alan insanları lentə almaq istəyib.
Paula özü lesbian olub. Ekvadorda yerləşən bu klinikanın varlığını isə orada müalicə alan bir dostundan öyrənib. 31 yaşlı Paula klinikada baş verənlər haqqında yazı hazırlayır.
Əvvəlcə bu klinikada müalicə almış insanların axtarışına çıxan Paula insanların klinikanın adını eşidəndə düşdüyü vəziyyəti ifadə edə bilməyib. Klinikaya mətbəx işçisi olaraq girən fotoqraf orda baş verənləri belə təsvir edib:
"İlk baxışda hər şey çox normal görünür. Lakin nə vaxt ki, xəstələr həkimlərin dediklərinə etiraz edir, o zaman işlər dəyişir. Onları döyüb ağır işgəncələr verirlər. Günlərlə ac saxlayırlar. Hətta bəzən cəza olsun deyə saatlarla təcavüz belə edirlər. Burada çox qalsam ağlımı itirəcəm. Dürüst olmaq lazım gələrsə, gördüklərim qarşısında çox qorxdum, mənim kim olduğumu anlayarlar deyə qorxurdum."
O yazır ki, klinikada lesbianları bu vərdişlərdən azad etmək üçün kişilərlər cinsi əlaqəyə məcbur edirdilər. Qızların müştəriləri isə təbii ki klinikanın həkimləri və digər kişi işçilər olurdu. Fotoşəkilləri çəkmək çox çətin idi. İş saatı bitdikdən sonra xəstələrin, işgəncə otaqlarının şəkillərini çəkən Paula bu fotoları "Huck Magazine" jurnalında yayımlayıb.
"Burada o qədər iyrənc yeməklər hazırlanırdı ki, içərisindən tük, ölü milçək belə çıxırdı. İnsanlar bunları yeməyə məcbur edilirdi. Əks halda, yeməyi bəyənməyən xəstələrə tualet suyu, nəcis yedirdirdilər"deyə, qeydlər yazan Paula jurnala verdiyi müsahibəsində göz yaşlarına hakim ola bilməyib.
İnsanların dini inancları təhqir edilirdi. İbadətlərinə mane olunurdu. Paula onu da qeyd edib ki, bu cür klinikalar yalnız Ekvadorda deyil, Cənubi Amerika, Avropa və bir sıra başqa böyük ölkələrdə də mövcuddur.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 930 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 921 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 920 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 918 dəfə oxunub