Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Konserti faciəylə bitən müğənni terrorun azyaşlı qurbanını kövrəltdi - FOTOLAR

"Mən səninlə fəxr edirəm. Sən çox güclüsən. Sən bunu bacardın"

Mynews.az-ın məlumatına görə, Milli.Az "Mirror"a istinadla bildirir ki, bu sözləri məşhur Amerikalı müğənni Ariana Qrande xəstəxanaya, Mançester terrorunun qurbanlarına baş çəkməyə gedəndə 8 yaşlı fanatı Liliyə deyib.

Bomba parçasının ağciyərinə girdiyi Lili Harison adlı 8 yaşlı qızın vəziyyəti hazırda normaldır. Onun yaraları sağalıb.

Müğənni ötən gün xəstəxanaya gedərək terror qurbanlarına baş çəkib. Onun fanatı ilə arasındakı dialoq uşağı kövrəldib. Lilinin yatağına uzanan Ariana deyib:

"Səninlə fəxr edirəm. Sən çox güclüsən. Sən bunu bacardın".

Müğənni daha sonra başqa yaralıları da görməyə gedib.

Qeyd edək ki, may ayının 22-də İngiltərənin Mançester şəhərindəki arenada Ariana Qrandenin konserti zamanı terror törədilib. Nəticədə 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Onlardan 59-u şikəst qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...