Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-da avtomobil piyadalara çırpıldı - VİDEO

İnternetdə Amerikanın Konnektikut ştatında avtomobilin piyadalara çırpılmasının əks olunduğu video yayılıb.  

Baş verən hadisə nəticəsində üç nəfər – bir qadın və iki oğlan xəsarət alıb.  

Mynews.az-ın məlumatına görə, Oxu.Az bu barədə ren.tv-yə istinadən xəbər verir.  

Hadisə Bricport şəhərində yerləşən restoranlardan birinin yaxınlığında baş verib. 

Kadrlarda sürücünün öz qurbanlarını vurduqdan sonra divara çırpıldığı görünür. 

Avtomobilin 34 yaşlı sürücüsü də xəsarət alıb. O, həbs olunandan dərhal sonra xəstəxanaya yatırılıb. 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...