Həkimdən QANDONDURAN HƏRƏKƏT: uşaq üçün ona müraciət edən qadınları... - İLLƏRLƏ BUNU EDİB
Hollandiyada süni mayalanma klinikasının həkimi donorlar əvəzinə öz spermasından istifadə etməkdə və ən azı 19 uşağın bioloji atası olmaqda günahlandırılır. Həkimin DNT testi edilməsi üçün məhkəmə qərar qəbul edib.
Hakim bu qərarı Beynəlxalq İnsan Haqları Sözləşməsinin 7-ci maddəsinə əsaslanaraq insanların öz köklərini bilmə haqqını əsas tutaraq verib.
Ötən əsrin 80-ci illərində süni mayalanma klinikası açan həkimin bu məsələdə günahlandırılması səbəbsiz deyil. Belə ki, onun rəsmi övladlarından birinin DNT nəticəsi ilə bu klinikada dünyaya gələn 19 uşağın nəticələrinin üst-üstə düşdüyü bildirilir. Ancaq dəqiq qərar üçün həkimin özünün DNT analizinə ehtiyac var. Həkim Can Karbat ötən il 89 yaşında ölüb, DNT üçün onun diş fırçası, corabları və bir sıra əşyaları incələnəcək.
Əldə ediləcək nəticə isə məhkəmənin qərarı olmadan açıqlanmayacaq. Lakin C.Karbatın bu üsulla dünyaya gələn uşaqlarının sayının daha çox ola biləcəyi bildirilir. Çünki klinikada süni mayalanma ilə dünyaya gələn şəxslərin heç də hamısının məlumatları mövcud deyil.publika.az
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 991 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 967 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 956 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 955 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 952 dəfə oxunub