Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

O ölkədə həbsxanalar bağlanır - MƏHKUM YOXDUR

Hollandiyada məhkumu olmadığı üçün həbsxanalar bağlanıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, 2013-cü ildən bəri adı çəkilən ölkə 19 həbsxanada dustağı olmadığı üçün bağlanıb. Hökumət son iki ayda yenidən 5 həbsxananın da bağlanması ilə bağlı qərar verilib.
 
Hollandiyanın Ədliyyə naziri Ard van der Steur bildirib ki, boş olan həbsxanaları saxlamaq üçün dövlət büdcəsindən xeyli maliyyə ayrılır. Bu səbəbdən həmin həbsxanalar bağlanıb.
 
Bağlanan həbsxanaların 2 mindən çox əməkdaşı isə işsiz qalıb.
 
Qeyd edək ki, bir müddət əvvəl boş qalan həbsxanalara Norveç və Belçikadan dustaqlar etab edilirdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...