Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadınlara təcüvüz edib, minlərlə cəsədi sobada yandırıblar - FOTOLAR

Hər fürsətdə, hər bir beynəlxalq platformada insan hüquq və azadlıqlardan dəm vuran və insan haqlarını "icad etdiyi" öyünən Fransa bu gün demək olar ki, aclıqla mübarizə edən Fil Dişi Sahili, Orta Afrika Respublikası və Seneqalın də aralarında olduğu 10 dan çox Afrika ölkəsində hələ də aktiv olaraq sömürüyə davam edir. Fransanın saxladığı bu Afrika ölkələrindən illik gəliri 500 milyard dollara çıxır.

Dünya üzərində bir çox ölkədə qanlı izlər buraxan Fransanın tarixi soyqırım, qətliam və sömürmələrlə doludur. Keçmişdə Fransanın Orta Afrika, Əlcəzair, Mərakeş, Tunis, Qabon, Qvineya, Kamerun, Yeni Kaledoniya, Madaqaskar, Komor, Haiti, Seneqal, Mali, Fil Dişi Sahili, Gana, Ruanda, Laos kimi ölkələrə böyük acılar yaşatdığının sənədləri var. 

Qətliam şəcərəsi olduqca qabarıq olan Fransa çox yaxın tarixlərdə Malidə dinc əhalinin üzərinə bomba yağdırıb. Təkcə Əlcəzairdə 1 milyondan çox insan öldürülüb və əsgərləri minlərlə Əlcəzairli qadına təcavüz edərək qətlə yetirib. Fransa 1945-ci ilin 8 may tarixini əlcəzairlilər üçün soyqırım gününə çevirib. Fransız müstəmləkəsi olan Əlcəzair Nasist Almaniyasının işğalı altındakı Fransaya öz müstəqillikləri qarşılığında hərbi dəstək verib və əvəzində Fransadan müstəqillik sözü alıb. Nəticə olaraq Cəzairli hərbçilərin də köməyi ilə Nasistlər Fransadan çıxarılıb və Fransa yenidən Fransızlara qalıb. Millət tarixlərinin ən böyük soyqırımına məruz qalacaqlarını bilməyən Əlcəzairlilər isə verilən sözlər nəticəsində azadlıqlarını qazanmağı gözləyiblər. Ancaq verdiyi sözü tutmayan Fransa onların taleyini heç gözləmədikləri bir şəkildə dəyişib.

Qətliam günlərlə sürüb...

Fransanın Nasist Almaniyası qarşısındakı qələbəsi Əlcəzairdə sanki bir bayram əhvalruhiyyəsiylə qarşılanıb. Küçələrə tökülən Əlcəzair xalqı özlərinə verilən müstəqillik sözünün tutulacağı fikrilə o günü təntənəli qeyd ediblər. Ancaq Fransa verdiyi sözə sadiq çıxmayıb. Yürüşə qatılan xalqın üzərinə Fransız əsgərləri atəş açıb. Bunun yeganə bəhanəsi isə bayram edən xalqın Əlcəzair bayrağı qaldırması olub. Qətliam günlərlə davam edib. Məsum xalq evlərindən tək-tək toplanaraq güllələnib. Kəndlər bombalarla yerlə bir edilib. Fransızlar yeganə istəkləri ölkələrinin müstəqilliyi olan 45 min əlcəzairlini qətlə yetirib. Qadın, uşaq, gənc, qoca demədən on minlərlə əlcəzairli Fransız əsgərlərinin amansız qırğınında can verib.

Qadınlara təcavüz ediblər...

Bir çox hesabatda da qeydə alındığı kimi Fransız əsgərləri yolda qarşılarına çıxan bütün əlcəzairliləri öldürüb. Fransız əsgərləri bununla da kifayətlənməyib, əlcəzairli qadınlara təcavüz edib. Əlcəzairdə bunlar baş verərkən Fransanın döyüşü qazanması üçün Fransa adına döyüşən əlcəzairli gənclər ölkələrinə qayıdıb. Müstəqillik xəyalı ilə yola çıxan gənclər böyük bir fəlakətlə qarşılaşıblar. Əlcəzairdə onları ölüm, zorakılıq və qorxu qarşılayıb.

Ölüləri sobalarda yandırıblar...

Soyqırıma məruz qalan on minlərlə əlcəzairlinin bir qismi qazılan nəhəng quyularda basdırılıb. Bir qismi isə yük maşınlarında üst-üstə qalaqlanaraq əhəng sobalarında yandırılmaq üçün aparılıb. Əlcəzairlilərin ölüləri Nasist Almaniyasında istifadə edilən sobalara bənzəyən ölüm sobalarında yandırılıb. 1945-ci il tarixə Əlcəzair üçün dram, Fransa üçün utanc ili kimi həkk olundu. Tarixə bir soyqırım biabırçılığı olaraq keçən bu qırğın Fransa tərəfindən bu gün hələ də yox sayılır, göz yumulur. Əlcəzair hökumətinin Fransadan soyqırım məsələsində dəfələrlə üzr tələb etməsinə baxmayaraq Fransa bu tarixi ayıbı hələ də qəbul etməyib.

Qətliamın dəlilləri və etiraflar...

İşgəncə mütəxəssisi təqaüddə olan Fransız Generalı Pol Aussaresses SDECE-ə (Service də Documentation Extrieure et də Contre-Espionnage) bağlı kəşfiyyat zabiti olaraq Əlcəzairə təyin edilib. Üsyanları yatırmaq üçün 10-cu havadan hücum briqadasına bağlı xüsusi dəstəyə komandanlıq edib. Pol Aussaresses bu vəzifədə ən azı 1500 insanı mühakiməsiz edam etdiklərini etiraf etmişdi.

Fransada qətliama qarşı çıxan kiçik səslərə ictimaiyyət tərəfindən göz yumulub. 2005-ci ildə Əlcəzair qətliamından "göz yumulmayacaq və bağışlanmaz bir faciə" şəklində bəhs edən keçmiş Əlcəzair səfiri Hubert Kolin de Verdiere mətbuatdan böyük reaksiya çəkmişdi.

Bugünkü məlumatlara görə, Fransanın 1830-1962-ci illər arasında Əlcəzairdə törətdiyi qırğınlarda 1.5 milyondan artıq əlcəzairli Fransızlar tərəfindən öldürülüb. 

Fransanın yalnız Əlcəzair deyil, çox yaxın tarixlərə qədər bir çox Afrika ölkəsində də planlı qırğınlara dəstək olduğu BMT hesabatlarında da yer alıb. Ruandadakı etnik münaqişəni necə dəstəklədiyini və digər Afrika ölkələri üzərində tətbiq etdiyi sistematik sömürü isə hələ də üstü örtülməyə çalışılan başqa bir insanlıq cinayətidir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...