Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Eyfel qülləsi Londondakı terror qurbanlarına görə - Öz işıqlarını söndürəcək

Fransa paytaxtı Parisin rəmzi olan Eyfel qülləsi keçən gecə Londonda baş verən terror aktının qurbanlarının xatirəsinə öz işıqları söndürəcək.

Mynews.az Metbuat.az-a istinadən bildirir ki, bu haqda Fransa paytaxtının meri Ann İdalqo bildirib.

Parisin meri öz Twitterində yazıb: "Londonda terror aktı qurbanlarının xatirəsinə bu gecə Eyfel qülləsi öz işıqlarını saat 00:45 söndürəcək".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...