Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Trampın xanımına qarşı etdiyi qeyri-etik hərəkət - VİDEO

ABŞ-ın dövlət başçısı Donald Tramp ilə xanımı Melaniya Tramp arasındakı münasibət prezidentin andiçmə mərasimindən bu günə qədər gündəmdədir.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “First Lady” dünən sanki hər kəsə cavab vermək üçün Florida ştatındakı Palm Biç hava limanına gedərək təyyarədən enən ərini şəxsən qarşılayıb.

Lakin bu dəfə başqa bir hadisə olub. Belə ki, Tramp jurnalistlər onları çox yaxından çəkmədiyi ilk anlarda Melaniyanın əlini tutub. Lakin kameralar yaxınlaşdığı zaman xanımının əlini buraxaraq alqışlamağa başlayıb. Birinci xanım sonra yenə ərinin əlini tutmaq istəsə də, Tramp Melaniyanın əlini iki əlinin arasına alaraq vurub və buraxıb. Trampın bu hərəkətindən sonra birinci xanımın üzünün gülmədiyi diqqətdən qaçmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...