Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İranda ölənlərin sayı artdı - YENİLƏNİB

İranda baş verən terror aktında ölənlərin sayı 12-ə çatıb. 39 nəfərin isə yaralandığı bildirilir.

***

İran parlamentində baş verən atışma nəticəsində həlak olanların sayı 7-ə çatıb. 4 nəfər isə girov saxlanılır.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Agentliyin məlumatında deyilir ki, həlak olanların sayı barədə rəsmi təsdiqləmə yoxdur.

***

İran parlamentinə hücum edənlərdən biri yaxın küçədə atışır. Verilən məlumata əsasən, silahlı parlament binasını tərk edə bilib. Hazırda o, küçədə silahından atəş açır.

***
"Ölkə.Az" xəbər verir ki, İranda bu gün iki yerdə silahlı hücum qeydə alınıb. İran parlamentinə edilən hücum nəticəsində 1 nəfər mühafizəçi həlak olub. 8 nəfər isə yaralanıb.

İkinci hücum isə Xomeyninin məqbərəsinə qarşı edilib. 3 nəfər silahlı şəxsin törətdiyi hücum nəticəsində bir nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Kamikadze-hücumçu üzərindəki bomba jiletini partladıb.

***

İranda parlamentin binasına girməyə çalışan silahlı şəxs həbs edilib.

Bir az öncə İran parlamentində silah səsləri eşidildiyi barədə xəbər yayıldı.

"Ölkə.Az" xəbər verir ki, parlament binasına girməyə cəhd edən silahlı şəxs həbs edilib. O, polisdən qaçmağa çalışan zaman həbs olunub.

Sözügedən şəxsin kimliyi barədə hələlik açıqlama verilmir.

Polis tərəfindən həbs edilən silahlı şəxs parlamentə girməyə çalışarkən mühafizə əməkdaşına və iki mülki şəxsə atəş açıb. Mühafizə əməkdaşı ayağından yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

***

"Ölkə.Az" xəbər verir ki, "Fars" və "Mehr" agentlikləri bu barədə xəbər yayıblar. İranın "Tasnim" xəbər agentliyinin məlumatına əsasən, silahlı toqquşma davam edir və parlamentdə bəzi insanlar girov götürülüb.

Parlamentdə silah səsləri davam edir. Mühafizə xidmətinin bir əməkdaşı yaralanıb. 3 silahlı şəxs iki nəfəri yaralayıb. "Fars" agentliyinin xəbərinə əsasən, hücumçu hadisə yerindən qaçıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...