Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qanlı terrorun yekunu - qurbanların sayı bəlli oldu

Bu səhər Tehranda baş verən terror aktları nəticəsində 12 nəfər ölüb, 42 nəfərsə yaralanıb.

Sputnik İran xəbər verir ki, İran Təcili Tibbi Yardım Mərkəzinini rəhbəri Pir Hüseyin Gulivənd İmam Xomeyni türbəsində və İran parlamentində yaşanan terror aktından sonra təcili yardımın hadisələrin baş verdiyi yerdə işinin sona çatdığını bildirib. Pir Hüseyin Gulivənd, 12 nəfərin öldüyü, 42 nəfərinsə yaralandığını bəyan edib. İran İslam Respublikasının təhlükəsizlik qüvvələri parlamentə hücum edən 4 silahlı İŞİD terrorçusunun öldürülməsi ilə əməliyyatın başa çatdığını bildirib.

Hazırda İranın təhlükəsizlik qüvvələri Məclis binasına nəzarət edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...