Rusiyada istefalar: daha bir qubernator getdi

Rusiya Federasiyası Buryatiya Respublikasının qubernatoru Vyaçeslav Naqovitsın da istefa verib.
Mynews.az xəbər verir ki, bu barədə respublika administrasiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Maltsev məlumat yayıb.
“Elə indicə mətbuat konfransında Vyaçeslav Naqovitsın istefasını elan etdi. O bildirdi ki, gələcəkdə də Buryatiya üçün faydalı olmağa çalışacaq, amma növbəti müddətdə namizədliyini irəli sürməyəcək”, - Maltsev bildirib.
Onun sözlərinə görə, sözügedən qərar gözlənilməz olub.
Qeyd edək ki, dünən “Vedomosti” qəzeti Kremlə yaxın mənbəyə istinadla istefa verəcək qubernatorların Aleksandr Xudilaynen (Kareliya), Oleq Kovalyev (Ryazan), Yevgeni Kuyvaşev (Sverdlovsk), Sergey Mitin (Novqorod), Pavel Konkov (İvanovsk), həmçinin Perm vilayətinin qubernatoru Viktor Basargin və Buryatiyanın rəhbəri Vyaçeslav Noqovitsının olacağını xəbər vermişdi. Həmin məlumatdan sonra Perm vilayətinin qubernatoru Viktor Basargin istefa ərizəsini Prezident Vladimir Putinə təqdim edib və qubernator səlahiyyətlərinin müvəqqəti icrası Maksim Reşetnikova tapşırılıb.
Dünya
- İranda “qisasa qisas”: Qız anasını edam etdi
- Çılpaq qadın canlı yayımda aparıcıya hücum etdi - VİDEO
- Erməni aktyorun Mehriban Əliyevanın paylaşımına yazdığı şərh Ermənistanı qarışdırdı - FOTO
- Ermənistan yeni müharibəyə hazırlaşır?
- 8 bal gücündə zəlzələ baş verdi: Sunami sürətlə sahilə yaxınlaşır - Əhali təşviş içində / VİDEO
- "Şuşa da, Qarabağ da Azərbaycanındır, bəsdir artıq" - Ermənidən etiraf
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda dəhşətli yanğın - Ölən var 923 dəfə oxunub
- Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü 921 dəfə oxunub
- Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi 920 dəfə oxunub
- "Rəmişin hər şeyi mənimdir, maşını, evi..." - Mülk davası 919 dəfə oxunub
- Uşaq bağçalarında iki milyon manatlıq yeyinti ilə bağlı RƏSMİ AÇIQLAMA 910 dəfə oxunub