Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kanadalı milyonerin anası ölmədən öncə etiraf etdi, iş adamı şoka düşdü - “Sənin atan türk zabitidir”

Kanadalı iş adamı Mark Abaut anasının “Atan türk pilot zabiti idi” sözündən sonra hərəkətə keçib.

Avropa.info xəbər verir ki, atası olduğunu təxmin etdiyi Özər Ermanın Kanadada öldüyünü öyrənən Mark Abaut, DNT testi üçün Türkiyəyə gəlir.

Kanadalı milyoner Mark Abautun anası ölməmişdən əvvəl oğluna 1956-cı ildə təhsil üçün Kanadaya gələn təyyarəçi bir türk zabitlə eşq yaşadığını və atasının o olduğunu deyib.

Mark Abautun kirayələdiyi  detektivlər Türkiyədən təhsil üçün Kanadaya gedən hava zabitlərinin siyahısı çıxardı.

Təhsilə gedən zabitlərin arasında yalnız birinin yaşadığı müəyyən edilib. ABŞ-da yaşayan keçmiş türk zabiti, kanadalı gənc qadınla eşq yaşayan şəxsin onunla bir qrupda oxuyan Özər Erman olduğunu deyib. Özər Ermanın məzarının Türkiyədə olduğu aydınlaşıb. İş adamı Türkiyəyə gələrək DNT testindən keçməyə hazırlaşır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...