Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İraqda İŞİD-in hücumu nəticəsində 30-dan çox adam həlak olub

 İŞİD terror qruplaşması İraqın Mosul şəhərindən 100 kilometr cənubda yerləşən Şirkat şəhərinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı İraq polisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə şənbə günü baş verib. İraq polisinin xəbərinə görə, hücum nəticəsində azı 30 nəfər həlak olub.
"Reuters" isə hücum nəticəsində daha 40 nəfərin yaralandığını xəbər verib. Agentliyin xəbərində bildirilir ki, İraq hərbçiləri terrorçuların hücumunu dəf edib və İŞİD-in 10-dan çox silahlısı məhv edilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...