Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TÜKÜRPƏDƏN QƏTL - Ata 14 yaşlı qızını zorlayanı məhkəmə zalında öldürdü - VİDEO

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
Mynews.az
publika.az-a istinadən xəbər verir ki, ata 14 yaşlı qızını zorlayan cinayətkarı məhkəmə zalındaca qətlə yetirib. O, məhkəmənin yüngül cəza verdiyini düşünərək, qisası elə məhkəmədəcə almağa qərar verib.
Kəmərindən 3 əldədüzəltmə bıçaq çıxararaq bir-birinin ardınca hədəfə tuşlayırmış kimi cinayətkarın ürəyinə saplayıb.
Hadisə o qədər sürətlə baş verib ki, ədliyyə polisi reaksiya göstərməyə gecikib.
Hər üç zərbə hədəfə dəyib. Bıçaqlardan ikisi birbaşa ürəyə sancılıb.
Müttəhim yerindəcə can verib. İntiqamını alan ata elə məhkəmə zalında həbs olunub. Karavaykin sakini nə etdiyini gözəl anladığı üçün müqavimət göstərməyib. Hətta artıq qalan iki bıçağı da məhkəməyə təhvil verib.
O, hərəkətini bu sözlərlə izah etməyə çalışıb: "Ətir saçan çox gözəl gülü böyüdün, sonra da onu kiminsə çirkli çəkmələrlə tapdaladığını izləyin. O zaman mənim hərəkətimi başa düşəcəksiniz. Mənim qızım zorlamadan sonra iki dəfə özünə qəsd etməyə çalışdı və hər ikisində sırf təsadüf nəticəsində sağ qaldı. O, indiyə qədər psixiatrik klinikada müalicə alır. Ancaq bu alçağa cəmi 5 il iş verirlər, özü də ümumi rejimdə".
Məhkəməyə silahlanmış vəziyyətdə gəlməsini zərərçəkənin valideyni belə izah edib: "Belə bir qərarın veriləcəyini təxmin edirdim. Çünki istintaqın gedişində dəfələrlə şikayət ərizəmi geri götürmək üçün mənə rüşvət təklif olunmuşdu. Hətta fiziki təsir etməyə də çalışmışdılar. Ancaq istəklərinə çatmamışdılar".
Ali məhkəmənin hökmü ilə Karavaykin sakininə 8 il şərti azadlıqdan məhrum edilmə cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...