Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qədim döyüşçülərin iyrənc homoseksuallıq ƏNƏNƏLƏRİ - həm qadını, həm də əsgərlə... - FOTOLAR

Homoseksualizmi bəziləri həyat tərzi, digərləri psixoloji patologiya, bir qisim insanlar isə iyrənclik hesab edirlər. Çoxları belə meyilli insanların XX əsrin sonlarında baş verən "Seks inqilabı”ndan sonra ortaya çıxdığını düşünsə də əslində homoseksualizmin tarixi çox qədimdir. Həm də maraqlıdır ki, keçmişdə insanlar buna daha tolerant yanaşıb, normal qəbul ediblər. Hətta qədim döyüşçülər hesab edirdilər ki, kişinin kişi ilə münasibət qurması daha böyük qoçaqlıqdır.

Publika.az müxtəlif xalqların homoseksualizm və biseksualizm "ənənə”lərini diqqətinizə çatdırır:

Qədim alman cəngavərləri döyüş çadırlarında 2 kişi ilə yatar və öz cinsi istəklərinə sərhəd qoymazdılar. Halbuki cəngavərlərin hər birinin evində mütləq gözəl xanımı da olmalıydı.

Makedoniyalı İsgəndərin kişibazlığından tarix çoxdan xəbərdardır. Amma o da bəllidir ki, İsgəndər kişilərə meyilli olduğunu məhz şərqdə gördüklərindən sonra daha açıq-saçıq ortaya qoymuşdu. Buna qədər isə yalnız yaxın çevrəsi sərkərdənin meylindən xəbərdar idi. İran şahı Daranı məğlub etdikdən sonra sarayın oğlanlardan ibarət hərəmxanasında baş verənlər İsgəndəri daha da həvəsləndirir. Ətrafında həm kişilərdən, həm də qadınlardan ibarət elə sevgili ordusu yaradır ki, sayca günə ikisi düşürdü.

Qədim Qalliyanın qərbində də Teifat qəbilələrinin homoseksualları o zamankı Avropanı çaşdırmışdı. Burada hər bir yeniyetmə oğlanı döyüş qabiliyyətinə yiyələnmək üçün onu peşəkar döyüşçüyə "şəyird” verirdilər. Onları həm təlim, həm dostluq, həm də ki, fiziki sevgi birləşdirirdi. Əgər yeniyetmə oğlan qəhrəmanlıq göstərsəydi, ən azından ayı və ya qaban öldürsəydi, onun özünə "şəyird” verilirdi. Əks halda isə ömrünün qalan hissəsini də peşəkarlara "şəyirdlik” etməklə keçirəcəkdi.

Peruda isə XIX əsrə qədər böyük sərkərdələr üçün yaraşıqlı cavan oğlanlar seçilirdi. Onları xüsusi olaraq hazırlayır: rəqs, nazlanmaq öyrədirdilər.

Alyaskada da gözəl oğlan uşaqlarına qız kimi davranmaq, cilvələnmək öyrədilirdi. Təlim prosesindən sonra isə onları nüfuzlu kişilərə peşkəş verirdilər.

Meksika hinduları döyüşdə uduzmuş kişiləri atı bütöv gün boyu yəhərsiz çapmağa məcbur edirdilər. Bundan sonra həmin kişinin cinsi orqanında disfunksiya yarandığı üçün "qadınlıq” etməyə məcbur olur, qalib kişiləri təmin edirdi.

1913-cü ildə səyyah Moris Marten yazırdı ki, Ekvatorial Afrikanın Zand adlı qəbiləsində xüsusi oğlan tipləri var. Qonotir adlanan bu oğlanlar qız kimi geyindirilir, onlar kimi nazlı-qəmzəli olurlar. Amma bu oğlanlar böyüyüb evlənmə yaşına çatanda uzun saçlarını kəsdirib, qadın paltarları ilə vidalaşırlar və kişiyə xas bütün hüquqları əldə edirlər. Marten yazırdı ki, bir gecə qəbilədə bayram keçirilirdi. Bayramda kişilər təbil sədaları altında qonotirlərlə rəqs edirdilər. Səyyahın sözlərinə görə, buna rəqs demək olmazdı, seksual xarakterli hərəkətlər idi.

Yaponiyanın Kusu adasında da belə bir adət varmış ki, rəhbər kişilər öz hərəmlərində qadınlarla yanaşı "koso” adlanan cavan oğlanlar da saxlayırmışlar.

Zənzibar adalarında isə (Hind okeanında 75 adadan ibarət arxipelaq) ərəblər qaradərili əsir oğlanlardan özlərinə "sevgili” tuturdular. Ümumiyyətlə, şərq hərəmxanalarında gənc və yaraşıqlı oğlanların sultanlara "xidmət” etdiyi məlumdur. Sarayda qadınların saxlandığı məkanları "hərəmlik”, kişilərin saxlandığı yerləri isə "səlamilik” adlandırırdılar. İstanbul muzeyində sultanın "sevgilisi” olan üç oğlanın rəsmi var. Onların üçü də qadına bənzəyirlər.

Orta Əsrlərdə Avropa kralları da heç kəsdən çəkinmədən sarayda "favorit”lər saxlayırdılar. Bunlardan ingilis kralı II Eduard, fransız kralı III Henrix, XIV Lüdovikin qardaşı hersoq Filip və başqalarını misal göstərmək olar. Deyilənə görə, Romanovlar sülaləsindən I Pyotr da biseksual imiş. Onun da sarayında qadınabənzər kişilər dolaşıb imperatora qulluq ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...