Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin: ABŞ Rusiya iqtisadiyyatını məhv etmək istəyir

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya iqtisadiyyatını məhv etmək və yekunda RF-nin nüvə arsenalını ələ keçirmək üçün ölkə rəhbərliyini dəyişmək istədiyini ehtimal edib. 

Mynews.az Oxu.Az-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin rejissor Oliver Stounun çəkdiyi filmdə verdiyi müsahibəsində bildirib. Film “Showtime” telekanalında nümayiş etdirilib.  

“Bu fikir variantı, belə siyasət variantı mümkündür. Əgər bu belədirsə, bunun yanlış siyasət olduğunu düşünürəm, çünki Rusiya ilə münasibətə belə baxış gələcəyi hədəf götürməyib. Belə düşünən insanlar 25-50 il qabağı görmürlər. Əgər buna baxsaydılar, Rusiya ilə münasibəti başqa cür qurardılar və Rusiyanı öz vassallarına çevirməyə çalışmazdılar”, - Putin deyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...