Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin: Rusiya NATO-nun bütün hərəkətlərinə adekvat cavab verəcək

“Rusiya strateji balansın qorunması məqsədi ilə NATO-nun hərəkətlərinə adekvat cavab verəcək və bunun üçün effektivliyə zərər vurmadan daha az vəsait sərf etmək niyyətindədir.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentiVladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

“Rusiya üçün burada iki təhlükə mövcuddur. Birincisi – həmin antiraketlərin Şərqi Avropa ölkələrində, sərhədlərimizin birbaşa yaxınlığında yerləşdirilməsi. İkincisi – antiraket buraxıcı qurğuları bir neçə saata hücum raketlərinin buraxıcı qurğusuna çevirmək mümkündür. Şərqi Avropa, suda, Aralıq və şimal dənizlərində, gəmilərdə, hətta Alyaskada da quraşdırırlar”, deyə Putin qeyd edib.      

Onun sözlərinə görə, Rusiya demək olar ki, raketdən müdafiə sistemləri ilə mühasirəyə alınıb.  

“Əslində, bu tərəfdaşlarımızın növbəti kobud strateji səhvidir, çünki bütün bu hərəkətlərə Rusiya adekvat cavab verəcək və bu növbəti silah yarışmasına səbəb olacaq. Amma bizim cavab addımımız xeyli ucuz başa gələcək. Buna baxmayaraq texnikalarımız çox effektiv olacaq. Və biz strateji balansı qoruyub saxlayacağıq. Balans çox mühüm bir şeydir”, - deyə Putin qeyd edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...