Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-da siam əkizləri əməliyyat olunub - VİDEO

ABŞ-da başlarından bitişik siam əkizləri 11 saat davam edən əməliyyatla bir-birindən ayrılıb.

Mynews.az xezerxeber.az-a istinadla xəbər verir ki, Filadelfiya şəhərindəki Uşaq Xəstəxanası cərrahlarından doktor Jesse Teylor 10 aylıq qız bacılar Erin və Abby Delaneyin cərrahiyyə əməliyyatının uğurlu keçdiyini açıqlayıb.

Teylor “Siam əkizlərini ayırmaq son dərəcə mürəkkəb bir cərrahı əməliyyatdır. Əməliyyatdan sonra sağalma prosesi uzun çəkir. Delaney bacılarının əməliyyatı son dərəcə uğurlu keçdi”, - deyə bildirib.

Qeyd edək ki, Erin və Abby Şimali Karolina ştatında ötən ilin iyul ayında, vaxtından əvvəl doğulmuşdular. Başdan bitişik siam əkizləri döş qəfəsi, ya da qarnı bitişik siam əkizlərinə nisbətən daha nadir görünür.

Delaney bacıları son 60 ildə Filadelfiya Uşaq Xəstəxanasında başlarından əməliyyatla bir-birindən ayrılan 23-cü siam əkizləridir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...