Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

1 yaşlı uşağa qarşı qeyri-insani HƏRƏKƏT - ANBAAN - VİDEO

Bağçada dayə 1 yaşlı uşağı yatmadığına görə döyüb.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Osmaniyə bölgəsində özəl bir bağçada baş verib. Dayənin 1 yaşlı uşağa qarşı necə şiddət göstərməsi təhlükəsizlik kameraları tərəfindən anbaana qeydə alınıb.

Belə ki, kamera qeydlərindən də göründüyü kimi, dayə yatmayan uşağın qollarından silkələyib yerə atır və təpikləyir. Digər bir görüntüdə isə boğazını sıxır.

Ailə axşam uşağını bağçadan götürəndə boynunda cizgiləri görüb. Bağça rəhbərliyinə təhlükəsizlik kameralarına baxmaq istədiklərini bildiriblər. Dayənin yatmayan uşağı qarşı necə davrandığını görən ailə polisə müraciət edib.

Ailə artıq bağçanı məhkəməyə verib. Bağça rəhbərliyi isə iddiaları inkar edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...