Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK: Türkiyədə terror planlaşdıran azərbaycanlı canlı bombalar ələ keçdi - ADLAR - FOTOLAR

Türkiyənin Suriya ilə sərhədində İŞİD terrorçuları tutulub. Mynews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kilisin İranlı kəndindən Türkiyə ərazisinə daxil olan və Azərbaycan vətəndaşı olan terrorçuların üzərindən partlayıcı xammalı, həmçinin, canlı bomba jiletləri aşkarlanıb. Jandarma qüvvələri tərəfindən tutulan azərbaycanlıların adları da açıqlanıb:

Sərxan Əliyev – 29 yaş

Gülnur Şirməmmədova – 37 yaş

Nazənin Zeynalova – 42 yaş.

Bundan başqa Rusiya vətəndaşı olan 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya-Herseqovina Respublikası tərəfindən beynəlxalq axtarışa verilmiş 37 yaşlı Begzat Spahiç də yaxalanıb.

Bildirilir ki, tutulan şəxslər xüsusi təlimatla Türkiyədə terror aktı törətməyi planlaşdırırmış. Onların üzərindən və çantalarından Rusiya istehsalı olan 3 əl bombası, 4 qumbara, 3 kiloqram C4 markalı partlayıcı xammal, və partlayıcı qurğu açarları aşkarlanıb.a

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...