Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtaliyada nəqliyyat sistemi iflic oldu

İtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib.

Mynews.az Trend-ə istinadən məlumat verir ki, nəqliyyat sistemindəki tətil aviaşirkətlərə də mənfi təsir göstərib.

Belə ki, yerli “Alitalia” aviaşirkəti tətillə əlaqədar 160-dan çox daxili və beynəlxalq reysi təxirə salmalı olub.

24 saatlıq tətil bütün növ ictimai nəqliyyat – metro, yerüstü nəqliyyat, eləcə də, dəmir yollarına şamil edilib.

Qeyd olunur ki, bu sahənin həmkarlar ittifaqları sərnişindaşıma sektorunun özəlləşdirilməsi və liberallaşdırılması planlarına etiraz olaraq tətil edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...