Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putindən şok açıqlama - "15 iyul qiyamının içində Fətullah Gülən varsa..."

Rusiya prezidenti Vladimir Putin Türkiyədə ötən il baş verən hərbi çevriliş cəhdi barədə açıqlama verib.

Mynews.az xəbər verir ki, Putin bu barədə rejissor Oliver Stounun filmindəki müsahibəsində qeyd edib.

Rusiya prezidenti deyib: "Əgər Fətullah Gülənin bu işdə əli olubsa, ABŞ kəşfiyyat qurumlarının bundan xəbərsiz olması imkansızdır".

Rusiya lideri davam edib: "Türkiyə prezidenti Ərdoğan ABŞ-ın hərbi çevriliş cəhdində yer aldığını heç vaxt mənə deməyib. Amma mən bu məntiqə əsasən deyirəm ki, əgər Fətullah Gülən həqiqətən də çevrilişi təşkil edibsə, bu mövzuda bir fikrim yoxdur. O zaman ABŞ kəşfiyyat qurumlarının baş verən hadisələrdən xəbərdar olmamasını təsəvvür etmək çox çətindir".

Müsahibəsində İncirlik hərbi bazasından da bəhs edən Putin "ABŞ hərbi hava qüvvələri Türkiyənin İncirlik bazasındadırlar. İncirlikdəki hərbçilər də çevriliş cəhdində fəal iştirak ediblər"-deyib.

Türkiyədə ABŞ-ın nüvə silahları olduğuna diqqət çəkən Putin əlavə edib: "Belə bir hadisələr olsa, bu nüvə silahlarının taleyi necə olar?"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...