Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İŞİD liderinin öldürülməsi təsdiqləndi - Rəsmi açıqlama

Rusiyanın Müdafiə Nazirliyi İŞİD lideri Əbu-Bəkr əl-Bağdadinin ölümü ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib. Yayılan xəbərlərdə bildirilir ki, Rusiyanın hərbi qüvvələri Rakka şəhəri yaxınlığında keçirilən İŞİD toplantısına zərbələr endirərkən İŞİD lideri də öldürülüb.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi həmin toplantıda əl-Bağdadinin də iştirak etdiyini və zərbələr nəticəsində onun da məhv edildiyini təsdiqləyib: “Əlimizdə olan və müxtəlif kanallar vasitəsilə dəqiqləşdirilən məlumata görə, həmin toplantıda əl-Bağdadi də iştirak edib və hərbi zərbələr nəticəsində o da məhv edilib”.

Nazirlik həmçinin əlavə edib ki, Su-35 və Su-34 qırıcı təyyarələri vasitəsilə endirilən zərbələr nəticəsində İŞİD-in “hərbi şura”sına daxil olan rəhbər şəxslər də məhv edilib. Bundan başqa, zərbələr nəticəsində İŞİD-in 30-a yaxın səhra komandiri və şəxsi heyətin 300-ə yaxın döyüşçüsü öldürülüb.

Xatırladaq ki, zərbələr mayın 28-də endirilib. Həmin tarixdən bu yana Rusiya həmin toplantıda öldürülən şəxslərin kimliyini araşdırırdı və nəhayət, bu gün Rusiyanın Müdafiə Nazirliyi əl-Bağdadinin də öldürülməsi faktını təsdiqləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...