Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-da Rusiyaya qarşı sanksiyaların tətbiqi dayandırılıb

ABŞ-ın nümayəndələr palatasında Respublikaçıların əksəriyyəti daha öncə Senat tərəfindən təsdiq edilmiş Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair səsverməni dayandırıblar.  

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. 

Sanksiyaların tərəfdarlarının ümid etdiyi səsvermənin əvəzinə, qanun layihəsi sənədin mətnini qiymətləndirən Xarici işlər üzrə Komitəyə təqdim edilib. Əgər nümayəndələr palatası qanun layihəsinə dəyişikliklər edərsə, sənədin mətni ilə əlaqədar Senatla siyasi müzakirələr aparılacaq. 

Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarı olan konqresmen Eliot Engel respublikaçıların layihənin baxılmasını dayandırmalarından narahatdır.  

“Bu, prosesi ləngidəcək və Ağ evə Kremli məsuliyyətə cəlb etmək üzrə əsas səylərə kölgə salmağa zaman verəcək”, - Engel bildirib. O, təcili olaraq səsvermənin keçirilməsini tələb edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...