Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbulda partlayış - VİDEO

İstanbulun Maltəpə rayonunda yuyucu maddələrin istehsal edildiyi müəssisədə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər yaralanıb, yaxınlıqda park edilən avtomobil aşıb.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, partlayış yerli vaxtla saat 13:00-da Maltəpə rayonunun Altayçeşmə məhəlləsində baş verib. Hadisənin müəssisənin qazanxanasında baş verdiyi iddia edilir. Partlayışın gücündən müəssisənin divarları çöküb. Hadisə yerinə yanğınsöndürənlər, polis və xüsusi xidmət əməkdaşları cəlb edilib. 

Partlayış zamanı yoldan keçən və hadisə nəticəsində ağır yaralanan 21 yaşlı Ahmet S. xəstəxanaya yerləşdirilib.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...