Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbuldan Kazana uçan təyyarəni ildırım vurub

Türkiyə Hava Yollarının təyyarəsi havaya qalxdıqdan bir müddət sonra İstanbul aeroportuna geri qayıtmalı olub. 

Mynews.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Haberturk telekanalı məlumat yayıb. 

Göyərtəsində 101 sərnişin olan “Turkish Airlines” şirkətinin təyyarəsi Kazana istiqamət götürmüşdü. 

Kanalın məlumatına görə, Boeing 737-800 təyyarəsi İstanbulun Atatürk aeroportundan bazar ertəsi yerli vaxtla 21.39-da səmaya qalxdıqdan bir müddət sonra geri qayıdıb. 

Təyyarə kapitanı aeroporta qayıtmaq qərarına gəlib. Enişdən sonra təyyarə texniki baxış üçün anqara sürülüb. Məlumata görə, sərnişinlər Kazana digər təyyarə ilə uçublar.  

Bazar ertəsi “Atlas Global” aviaşirkətin  İstanbuldan Tbilisiyə uçan təyyarəsini ildırım vurmuşdu, nəticədə həmin təyyarədə Atatürk aeroportuna geri qayıtmalı olmuşdu.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...