Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyə sərhəddində qəfil hücum hazırlığı - VİDEO

Türkiyə Silahlı Qüvvələri Suriyanın PYD-nin (PKK-ın Suriya qolu - red.) nəzarətindəki Afrin bölgəsi ilə sərhəd olan Kilisə hərbi texnika toplayır.

Mynews.az
Publika.az-a istinadən xəbər verir ki, “Fırtına” topları, həmçinin, topçu batareyalar bölgəyə göndərilib.

Bununla yanaşı, hərbi birləşmələr də bölgədədir. Dünən isə Kilisə “komando” xüsusi təyinatlılar və tank birliklər göndərilmişdi.

Gözləntilərə görə, Türkiyə Suriyada terrorçulara qarşı yeni hərbi əməliyyata başlayacaq. Belə ki, Ərdoğan Vaşinqton səfərində Trampla PYD-yə silah dəstəyinin kəsilməsi haqda razılığa gələ bilmədi. Bundan sonra, Türkiyə prezidenti “bir gecə qəfil gələ bilərik” mesajı verdi. Hərbi ekspertlərə görə, Türkiyə ordusu sərhəddə təhlükə olan terrorçu qruplaşmalasının tamamilə məhv edilməsi üçün genişçaplı hücum planını dövriyyə salacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...