Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni hərbçilər qəzaya düşdülər - 12 yaralı

Bu gün səhər saatlarında Ermənistanın Qeğarkunik vilayətində ağır yol qəzası baş verib.

Mynews.az azvision.az-a istinadən bildirir ki, Ermənistanın Müdafiə Nazirliyinə məxsus avtobus aşıb. Qəza 06:30 radələrində Vardenis-Darenik magistralının Daranik kəndi ərazisində qeydə alınıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, qəza nəticəsində müqaviləli xidmət aparan 12 hərbçi xəsarət alıb. Yaralılar hospitala köçürülüb.

Qəza baş verən zaman avtobusda 30 hərbçi olub. 

Erməni KİV-lərində yer alan digər xəbərə görə, kənd yoluna mal-qaranın çıxması səbəbindən sürücü idarəetməni itirib. 

Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...