Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə ƏMƏLİYYAT - 7 PKK üzvü məhv edildi

Türkiyənin cənub-şərqində yerləşən Siirt və Həkkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 7 üzvü məhv edilib.

Mynews.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.

Terrorçulardan 5-i Siirtin Pervari əyalətində məhv edilib. Onların "M-16" və "Kalaşnikov" markalı avtomatlarla silahlandığı bildirilir. Hadisə yerinə baxış keçirilərkən orada radioqəbuledici və bir neçə partladıcı maddə aşkarlanıb.
 
Digər 2 terrorçu isə artilleriyanın dəqiq qərbəsi nəticəsində Həkkarinin Çuxurca rayonunda məhv edilib.
 
O da qeyd edilib ki, əməliyyat çərçivəsində terrorçularla əlaqədə şübhəli bilinən 16 şəxs saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...